<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Nə vaxt ürəyim ağrıyır, gözlərimdən yaşlar axır İL247</title>
<lyrics>[V1]
 Nə vaxt ürəyim ağrıyır, gözlərimdən yaşlar axır,
 Sevimli bir səs deyir: «Gəl, şəfa verim sənə».

[C1]
   Ruhum rahatlıq tapır, qəlbim təsəlli alır,
   «Səni sevirəm, səni sevirəm»,- İsam söylərkən.

[V2]
 Nə vaxt kədərə qərq olub, heç yerdə işıq görmürəm,
 İsam, Sənə üz tutub kömək gözləyirəm.

[V3]
 Nə vaxt qəm-qüssə yox olur, sevinc qəlbimi doldurur,
 Daxildən bir səs deyir: «İzzət Sənə, Rəbbim».

[C2]
   Rahatlıq Səndədir, ümid, həyat Səndədir,
   Şükür Sənə, izzət Sənə, İsam, mənim Rəbbim!</lyrics>
<hymn_number>247</hymn_number>
</song>